Əli Əhmədov: “Ulu Öndər Heydər Əliyev hər zaman bütün sahələrə, eləcə də mədəniyyət sahəsinə böyük dəstək verib”
Yeni Azərbaycan Partiyasının (YAP) mərkəzi qərərgahında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə gənc rəssamların sərgisinin açılış mərasimi keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbirdə YAP-ın sədr müavini-icra katibi Əli Əhmçədov, Milli Məclisin vitse-spikeri Bahar Muradova, deputatlar, partiyanın bir sıra rayon təşkilatlarının sədrləri, gənclər və fəal ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edən Baş Nazirin müavini, Yeni Azərbaycan Partiyasının Sədr müavini-İcra katibi Əli Əhmədov Ulu Öndər Heydər Əliyev hər zaman bütün sahələrə, eləcə də mədəniyyət sahəsinə böyük dəstək verib: "Bu günə qədər də həmin dəstək unudulmayıb. Azərbaycanda mədəniyyət işçilərinin əməyinə hər zaman xüsusi diqqət və qayğı göstərilib. Xüsusilə, istedadlı insanlarımız Ümummilli Liderimiz tərəfindən qayğısını daim öz üzərlərində hissi edirlər. Bu gün də həmin diqqət və qayğı dövlətimiz tərəfindən göstərilməkdə davam edir".
Onun sözlərinə görə, xüsusilə gənc nəslin nümayəndələri yaradıclıq işlərində fəallıq göstərir, mədəniyyətin bütün sahələrində irəliləyişlər əldə edirlər. Partiya da öz gücü daxilində hər zaman belə istedadlı insanlara öz yarımlarını göstərib, bundan sonra da göstərməyə davam edəcək.
Əli Əhmədov sərgidə iştirak edən rəssamlara uğurlar arzulayıb, yaradıcılıq işlərində müvəffəqiyyətləri diləyib.
Daha sonra sərgiyə baxış keçirilib, 40-a yaxın əl işinin nümayiş olunduğu sərgidə rəsm əsərləri satışa da çıxarılıb.
Rövşən NURƏDDİNOĞLU
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB