"Qarabağı versək belə, münaqişə bununla başa çatmayacaq” Ara PAPYAN

"Qarabağı versək belə, münaqişə bununla başa çatmayacaq” Ara PAPYAN

“Ümidvaram ki, İlham Əliyev növbəti görüşdə öz mövqeyini daha da sərtləşdirəcək və onun qarşısında dayanan məsələlərdən biri də öncəki razılaşmalara toxunmadan bu görüşə getmək idi”. SİA xəbər verir ki, Ermənistanın “Moodus Vivendi” siyasi mərkəzinin rəhbəri, politoloq Ara Papyanın fikirlərini tert.am saytı yazıb.

Keçirdiyi mətbuat konfransında Madrid prinsiplərinə toxunan Papyan deyib: “Məndə gözləntilər yoxdur və heç vaxt da olmayıb. Madrid prinsipləri ilə bağlı optimistliyə köklənməmişəm”.

Papyan Madrid prinsiplərindən imtina edilməli olduğunu deyib və xatırladıb ki, öncəki hakimiyyətlər də Qarabağın danışıqlarda iştirakı barədə danışırdılar: “Paşinyan bu barədə daha dəqiq danışır, lakin məsələ ondasır ki, formatın dəyişdirilməsi mümkün deyil. Mən inanmıram ki, Azərbaycan nə zamansa Qarabağın danışıqlarda bərabərhüquqlu tərəf kimi iştirakına razı olsun”.

Erməni politoloqu Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həllinə inanmadığını da deyib və yenidən Madrid prinsiplərinə toxunub: “Madrid prinsipləri Azərbaycan üçün çox əlverişlidir, lakin onlar (Azərbaycan tərəfi-R.) heç buna da razı deyillər: “Azərbaycan heç vaxt güzəştlərə getməyib, Ermənistan isə geri çəkilib. Hətta Qarabağı versək belə, münaqişə bununla başa çatmayacaq”.

Müəllif: Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə