Milli Məclisin deputatı Fazil Mustafa Qazaxıstanda səfərdədir. Parlamentin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, deputatımız Almatı şəhərində keçirilən BMT-nin narkotik asılılığın müalicəsinə həsr olunmuş regional müşavirəsində iştirak edəcək.
Tədbirdə İİV infeksiyasının profilaktikası, müalicə olunan şəxsin anonimliyinin qorunması, narkomaniyaya qarşı mübarizənin qanunvericilik aspektləri, dünyada bu sahədə görülən işlər barədə fikir mübadiləsi aparılacaq.
Səfər yanvarın 21-də başa çatır.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB