Ötən il Gömrük oranları əməkdaşları milyonlarla valyuta sərvətinin qeyri-qanuni yolla Azərbaycandan keçirilməsinin qarşısını alıblar

Ötən il Gömrük oranları əməkdaşları milyonlarla valyuta sərvətinin qeyri-qanuni yolla Azərbaycandan keçirilməsinin qarşısını alıblar

Gömrük oranları əməkdaşları 2010-cu ildə valyuta sərvətlərini Azərbaycanın gömrük sərhədindən qeyri qanuni yollarla keçirməyə cəhd göstərən şəxslərdə 1 556 192 ABŞ dolları, 210 100 avro, 16 611 717 rus rublu, 7470 Azərbaycan manatı, külçə və zinət əşyaları şəklində 2 kiloqram 805 qram qızıl, 14 kiloqram 275 qram gümüş, 2633 karat brilyant daşlar aşkarlayıblar.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən SİA-ya bildiriblər ki, hesabat dövründə aksiz markasız və ya qanunsuz yollarla keçirilməsinə cəhd göstərilən 1 milyon 592 min ədəddən çox xaricdə istehsal olunan siqaret, 7963 şüşə spirtli içki saxlanılıb.

Bundan başqa, gömrük orqanları tərəfindən hüquqpozma predmeti kimi 1 "Makarov" tipli tapança və onun patronları, 2483 mobil telefon, 2824 pirotexniki vasitələr və külli miqdarda digər mallar aşkarlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə