Akademik Tahir Məmmədlinin yeni kitabı nəşr olunub

Akademik Tahir Məmmədlinin yeni kitabı nəşr olunub

Azərbaycan Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzinin "Seysmoloji və geodinamik tədqiqatlar" şöbəsinin rəhbəri, geologiya-mineralogiya elmlər doktoru Tahir Məmmədlinin yeni kitabı nəşr olunub. SİA-nın xəbərinə görə, "Azərbaycan ərazisinin zəif seysmikliyi və onun müasir geodinamika ilə əlaqəsi" adlı kitab beş bölmədən ibarətdir. Kitabda Azərbaycan ərazisinin seysmikliyinin öyrənilməsinə həsr olunmuş tədqiqat işlərinin geniş analizi verilib.

Respublika ərazisində zəif seysmikliyin təzahürü xüsusiyyətlərinin araşdıran müəllif onların əsasında seysmikliktörədən zonaların müəyyənləşdirilməsi metodunu hazırlayıb. Həmçinin, kitabda güclü zəlzələlərin baş verdiyi seysmikliktörədən zonaların geodinamik proseslərlə əlaqəsinin müəyyənləşdirilməsinə geniş yer verilib.

Kitabda azərbaycan ərazisinin seysmik təhlükəlilik səviyyəsi yeni məlumatlar əsasında qiymətləndirilib. Kitab sesysmologiiya, seysmotektonika və geodinamika sahəsində çalışan mütəxəssislər, eləcə də bu sahələrlə maraqlananlar üçün nəzərdə tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə