Sabah Azərbaycan Milli Məclisinin 2010-cu ildə sonuncu iclası keçiriləcək. Bu barədə SİA-ya Milli Məclisdən məlumat verilib. Bildirilib ki, iclasda 6 məsələyə baxılacaq və parlament adından Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə müraciət qəbul ediləcək.
Qeyd edək ki, iclasda, həmçinin "Dövlət rüsumu haqqında" qanuna, "Azərbaycan Respublikası daxili işlər orqanlarında xidmətkeçmə haqqında Əsasnamə"yə, "Fərdi məlumatlar haqqında" qanunun tətbiqi ilə əlaqədar bir sıra qanunvericilik aktlarına əlavə və dəyişikliklər ediləcək. Bundan əlavə iclasda Vergi Məcəlləsinə dəyişikliklər və "Ədliyyə orqanlarında qulluqkeçmə haqqında" qanuna əlavələr səsverməyə çıxarılacaq.
Məlumat üçün nəzərinizə çatdıraq ki, Milli Məclis sabahkı iclasdan sonra tətilə çıxacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB