"“Qardaşlaşmış şəhərlər” memorandumları beynəlxalq hüquqa ziddir” ÖZƏL-MÖVQE

"“Qardaşlaşmış şəhərlər” memorandumları beynəlxalq hüquqa ziddir” ÖZƏL-MÖVQE

“Sirr deyil ki, Dağlıq Qarabağın işğalı, ərazilərimizin idarəçiliyinin separatçı rejimə təhvil verilməsi və onun müdafiəsinin təminatçısı Rusiya, Fransa və İrandır”. Bunu SİA-ya açıqlamasında politoloq Vasif Əfəndiyev deyib.

Onun sözlərinə görə, hər 3 ölkənin siyasi və milli maraqları Dağlıq Qarabağın erməni idarəçiliyində olması ilə uzlaşır: “İndiyə qədər işğalın davam etməsi və münaqişənin həllinin çözülməsinin qarşısının alınmasında bu 3 ölkənin müstəsna fəaliyyəti sayəsində mümkün olub. Mütəmadi olaraq Rusiya, İran və Fransa tərəfindən beynəlxalq hüquqa zidd addımlar atılaraq işğal olunmuş və beynəlxlaq nəzarət olunmayan ərazilərimizə qeyri qanuni səyahətlər edilir, iqtisadi, hüquqi və siyasi əlaqələr qurulur. Dağlıq Qarabağın separatçı rejimi Rusiya, Cənubi Amerika və Avropanın və bir sıra dövlətlərində səfirlik səviyyəsində fəaliyyət göstərən nümayəndəliklər açırlar. Etiraf etmək lazımdır ki, Dağlıq Qarabağ siyasətimiz nə qədər uğurlu davam etdirilsə də ermənilərin bu fəaliyyətinə qarşı alternativ tədbirlər az görürük. Dağlıq Qarabağın türk icması bir qədər passiv görünür. Hələ keçən il bu mövzuda müsahibələrimdə türk icmasının Böyük dövlətlərdə nümayəndəliklərinin açılması istiqamətində çalışmalarının vacibliyini vurğulamışdım. Lakin buna baxmayaraq hələ də qarabağlıların bu səviyyədə fəaliyyəti yoxdur.

Son dövrlərdə separatçı rejim tərəfindən Avropa şəhərləri ilə “qardaşlaşmış şəhərlər” memerandumları imzalanır. 2017-ci ilin sentyabr ayında Çartar qəsəbəsi ilə Desin Şarpio şəhəri arasında belə bir memorandum imzalanmışdı. Bu günlərdə isə Şuşa şəhəri ilə Sent Etyen şəhərləri arasında “qardaşlaşmış şəhərlər” memorandumu imzalanıb. Bu memorandumun hüquqi olaraq heç bir əhəmiyyəti olmasa da beynəlxalq hüquqa zidd addımdır və Fransa hökumətinə nota verilməlidir”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə