“Savelyevin bu addımı Rusiya deputatları üçün nümunə olmalıdır” ÖZƏL-ŞƏRH

“Savelyevin bu addımı Rusiya deputatları üçün nümunə olmalıdır” ÖZƏL-ŞƏRH

“Türkiyənin Kayseri şəhərində keçirilən Xocalı parkının və Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidə kompleksinin açılışı mühüm beynəlxalq xarakterli tədbir kimi yadda qaldı və Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması baxımından bir daha böyük rol oynamış oldu”. Bunu SİA-ya açıqlamasında “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, millət vəkili Hikmət Babaoğlu deyib.

Baş redaktorun sözlərinə görə, tədbirdə Rusiya Federasiyası Dövlət Dumasının deputatı Dmitri Savelyevin iştirakı da hazırkı mərhələdə Rusiya-Azərbaycan münasibətlərinin keyfiyyətindən xəbər verməklə yanaşı, həm də Rusiya Federasiyası Dövlət Dumasının üzvünün dilindən Qarabağ həqiqətlərinin, Xocalı soyqırımının dünyaya tanıdılması baxımından əhəmiyyətli oldu: “Xocalı parkında çıxış edən Dmitri Savelyev bu gün Rusiya-Azərbaycan münasibətlərinə yaraşan bir şəkildə Xocalıda azərbaycanlılara qarşı soyqırımının olmasını dilə gətirdi. Xocalı soyqırımı təkcə Azərbaycan xalqına deyil, bütövlükdə bəşəriyyətə, insanlığa qarşı törədilmiş vəhşilikdir.

Düşünürəm ki, həm böyük qonşumuz, həm də ATƏT-in Minsk qrupunun sədri olan bir ölkənin Dövlət Dumasının üzvünün bu fikirlərini açıq şəkildə bəyan etməsi və bunu soyqırım adlandırması çox olduqca yaxşı haldır. Savelyev çıxışında onu da vurğulayıb ki, biz Azərbaycana qarşı törədilən Xocalı soyqırımı barədə bütün həqiqətləri dünyaya çatdırılmalıyıq. Eyni zamanda Türkiyədə təhsil alan xarici tələbələr bir növ sülh elçisi kimi bu həqiqətləri öyrənməli və öz ölkələrində geniş ictimaiyyətə çatdırmalıdırlar. Düşünürəm ki, Savelyevin bu addımı digər ölkələrin, o cümlədən Rusiyanın parlamentariləri üçün də nümunə olmalıdır”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə