“Müxaliflər bir-birini sıradan çıxartmaq üçün əllərindən gələni edirlər” MÜSAHİBƏ
Vəhdət partiyasının sədri, millət vəkili Tahir Kərimlinin SİA-ya müsahibəsi
- Tahir bəy, İlqar Məmmədovun sözçüsü rolunda çıxış edənlər Əli Kərimli, İsa Qəmbər və Arif Hacılı ilə birgə tədbirlərin hətta kaolisyanın yaradılması təklifi ilə çıxış edirlər. Sizcə, onlar bir araya gələ bilərmi?
- Müxalifətin bir araya gəlməsi mümkün olan məsələ deyil. Çünki dağıdıcı müxalifət düşərgəsini təmsil edən ünsürlər bir-birinə qarşı aqressiv mövqedədirlər. Yəni birlik, bir olmaq naminə bir-birinə güzəştə getmələri mümkünsüzdür. Çünki, iddialıdırlar. Ümumiyyətlə bütün siyasi fəaliyyətləri dönəmində müxalifətçilər bir-birinə qarşı mehriban düşmən olublar, liderlik ambisiyalarını ortaya qoyublar və partiya maraqlarını önə çəkiblər. Ona görə də, adları çəkilən bu şəxslərin birləşməsi mümkün deyil. İkincisi də, onlara kim inanır ki, yaratdıqları qurumlara da kimlərsə toplansınlar. Lap tutalım ki, bunlar formal birlədirlər, hansı sosial bazaları birləşəcək? Sıravi şəxslər bilməyəcəklərmi ki, müxalif liderciklər illər boyu bir-birlərini söyürlər, təhqir edirlər. Birmənalı şəkildə demək olar ki, müxalifətin birliyi alınan deyil. Bunu müxalifət düşərgəsini təmsil edən şəxslərin özləri də çox gözəl bilirlər ki, onların xalq tərəfindən heç bir dəstəyi yoxdur.
- Məlum faktdır ki, “REAL”çılar cəbhəçilərə qarşı sosial şəbəkələrdə təhqiramiz ifadələrlə çıxış edirlər. Bunu bir növ Əli Kərimli-İlqar Məmmədov qarşıdurması kimi də qiymətləndirmək olar?
- Bildiyiniz kimi, İsa Qəmbər başqanlıqdan gedəndən sonra cəbhəçilər Əli Kərimli müxalifətin “vahid lideri” sayırlar. Belə olan təqdirdə İlqar Məmmədovun önə çıxmağa cəhd göstərməsi cəbhəçiləri qıcıqlandırır. Nəyə görə? Çünki cəbhəçilər geniş sosial bazaya malik olduqlarını düşünürlər və hesab edirlər ki, onlar uzun müddətli siyasi təcrübələri var. Ancaq “REAL”ın belə bir imkanları yoxdur. Ona görə də, çox qıcıqlanırlar. Eyni zamanda da, cəbhəçilər digər iddialı müxalifətçiləri də, qəbul etmirlər. Buna baxmayaraq “REAL” partiya yetkililəri də, güclü gesab edir. Ə.Kərimliyə qarşı sölərini deməkdən çəkinmirlər. Bu da, tərəflər arası qarşıdurmaya, çəkişmələrə gətirib çıxarır.
- Necə düşünürsünüz İlqar Məmmədov Əli Kərimli konflikinin dərinləşməsindən Müsavat başqanı Arif Hacılı öz məqsədləri üçün istifadə edə bilərmi?
- Ümumiyyətlə, adı çəkilənlərin təmsil olunduqları partiyaların heç biri müxalifət düşərgəsində aparıcı partiyaya, güc mərkəzinə çevrilə bilmirlər. Belə olan halda da, önə çıxmaq və öz varlıqlarını bildirmək üçün çıxış yolunu müxalifət düşərgəsində təmsil olunan digər partiyaları zəiflətməkdə görürlər. Çəkişmələrlə, bir-birinə qarşı ittihamlar irəli sürməklə özlərinin varlıqlarını nümayiş etdirilər. Demək olar ki, müxaliflər bir-birini sıradan çıxartmaq üçün əllərindən gələni edirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB