Cahangir Məmmədli: “Azərbaycanda bəzən azad və müstəqil mətbuatdan çox ciddi sui-istifadə olunur” - AÇIQLAMA
"Bu gün Azərbaycanda azad və müstəqil mətbuat var. Ancaq bəzən bu azadlıq və müstəqillikdən çox ciddi sui-istifadə olunur. Məni narahat edən də bu sui-istifadələrdir". Bu sözləri SİA-ya açıqlamasında mətbuatın bugünki vəziyyətinə münasibət bildirən Bakı Dövlət Universitetinin jurnalistika kafedrasının müdiri, professor Cahangir Məmmədli deyib. O bildirib ki, bu gün Azərbaycanda bəzi mətbuat orqanları möhtan, təhqir, yalan məlumatlar verir və təkzib etməyi də özlərinə sığışdırmır. Bu mənada Azərbaycan jurnalistikasının problemlərinin olduğunu deyən C.Məmmdəlinin sözlərinə görə, bütün bunlar ötəri və keçərlidir. O qeyd edib ki, Azərbaycan cəmiyyəti tam mənada demokratik dəyərlərə yiyələnəndən və jurnalistlər də qanunlara əməl etməyə başlayandan sonra bu problemlər ortadan çıxacaq.
"Azərbaycan jurnalistikası son 20 ildə ölkənin müstəqillik əldə etməsi ilə çox ciddi demokratik inkişaf mərhələsi keçirib. Bu gün azad və demokratik mətbuat var. Kim deyirsə ki, Azərbaycanda mətbuatı sıxılır, boğulur, bunlar düzgün deyil. Mən bunları absurd hesab edirəm, çünki hər kəsin, hər bir əqidəyə, müxalifət, iqtidar və yaxud digər partiyalara mənsub insanın müraciət edə biləcəyi mətbuat orqanları var", - deyə o əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB