Hikmət Babaoğu: "Azərbaycanın həyata keçirdiyi diplomatiya öz nəticəsini verdi" MÖVQE-ÖZƏL
“Düşənbədə MDB Sammiti çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev ilə Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən söhbətdən sonra Dağlıq Qarabağ probleminin həlli ilə bağlı işğalçı Ermənistan tərəfindən aprel ayından bəri davam etdirilən sərt ritorikaya son qoyulmuş oldu. Bu, əslində Azərbaycanın həyata keçirdiyi güc tətbiq etmədən sülhə məcbur etmə diplomatiyasının nəticəsi idi”. Bu fikirləri SİA-ya açıqlamasında “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.
Paşinyan tərəfindən danışıqların qondarma qurumla aparılması, danışıqların formatının dəyişdirilməsinin zəruriliyi, Ermənistanın danışıqlarda tərəf olmaması kimi iddialara son qoyulduğunu deyən deputat söyləyib ki, beləliklə, Ermənistanın işğalçılıq siyasəti və onun nəticələri ilə bağlı məsuliyyətdən yayınması mümkün olmadı: “Nəticə isə odur ki, Ermənistan tərəfindən Azərbaycanın torpaqlarının 20 faizi işğal edilib, azərbaycanlılara qarşı soyqırımı törədilib və bunun məsuliyyəti Ermənistanın üzərindədir. Hazırkı mərhələdə bütün bunlara baxmayaraq Azərbaycanın problemi sülh yolu ilə həll etməyə sadiq qalması Ermənistan üçün bir şansdır və işğalçı ölkə bunu qiymətləndirməyi bacarmalıdır”.
H.Babaoğlu qeyd edib ki, bu gün işğal faktının hələ də davam etdirilməsi regionun geostrateji bütövlüyünü pozmaqla onun əhəmiyyətini azaldır: “Buna paralel olaraq regionun iqtisadi və sosial-mədəni bütövlüyü də pozulub. Regional inteqrasiya iflic olub. Vəziyyətin bu cür davam etməsi isə Cənubi Qafqaz ölkələrinin hər üçünün milli maraqlarına ziddir və buna son qoyulmalıdır. Yaxşı olar ki , yaranmış hazırkı mülayim siyasi iqlimdən istifadə edərək Ermənistan işğal faktının aradan qaldırılması ilə bağlı konkret addımlar atsın. Bu, hamının xeyrinə olar”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB