“Müəssisələrdə dövlət paylarının idarə edilməsi - Almaniya təcrübəsi” mövzusunda seminar keçirilib
Əmlak Məsələləri Dövlət Komitəsində 24 noyabr 2010-cu il tarixində Almaniya Texniki Əməkdaşlıq Cəmiyyətinin (GTZ) dəstəyi ilə "Müəssisələrdə dövlət paylarının idarə edilməsi - Almaniya təcrübəsi" mövzusunda seminar keçirilib. Qurumdan SİA-ya verilən məlumata görə, seminarda Komitənin mərkəzi aparatının və yerli qurumlarının əməkdaşları iştirak ediblər.
Seminarda Almaniya Texniki əməkdaşlıq Cəmiyyətinin layihə rəhbəri Vulf Şmider və ekspert, Almaniyanın Daşınmaz Əmlak üzrə Federal Agentliyin əməkdaşı xanım Suzan Şuman Avropa ölkələrində və xüsusən də Almaniyada müəssisələrdə dövlətə məxsus səhmlərin və payların idarə olunması, federal dövlətin iştirakı ilə yaradılmış müəssisələrin təşkilatı-hüquqi formaları, dövlət korporativ idarəetmə təcrübələri, tənzimləmə mexanizmi barədə məlumat verib. Ekspert eyni zamanda Almaniyada dövlət müəssisələrinin və paylarının idarə olunmasının hüquqi çərçivələrini şərh edib.
Müvafiq təcrübənin Azərbaycanda tətbiq edilməsi imkanları barədə geniş fikir mübadiləsi aparılıb. Tədbirlərin sonunda seminar iştirakçılarına sertifikatlar verilib.
Komitədə bundan sonrada dövlət müəssisələrinin idarə edilməsi, restrukturizasiyası və sağlamlaşdırılması həmçinin daşınmaz əmlakın dövlət reyestrininin və daşınmaz əmlakın vahid kadastrının və ünvan reyestrinin aparılması, habelə daşınmaz əmlakın qiymətləndirilməsi sahəsində beynəlxalq praktikanın öyrənilməsi məqsədilə beynəlxalq əməkdaşlıq əlaqələri davam etdiriləcəkdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB