İtaliya boru kəməri ilə Azərbaycan qazını almağa maraq göstərir

İtaliya TGİ (Türkiyə-Yunanıstan- İtaliya) boru kəməri ilə Azərbaycan qazını almağa maraq göstərir.

SİA-nın xəbərinə görə, bunu İtaliyanın Azərbaycandakı səfiri Mario Baldi bildirib.

Diplomat deyib ki, İtaliya bu məsələ ilə bağlı Azərbaycan, Türkiyə və Yunanıstandakı tərəfdaşları ilə danışıqlar aparır: "Yaxın vaxtlarda İtaliya xarici işlər nazirinin müavini Alfredo Mançikanın başçılıq etdiyi nümayəndə heyətinin Bakıya səfəri gözlənilir. Səfər zamanı həmin məsələlər müzakirə ediləcəkdir".

Bütün xəbərlər Facebook səhifəmizdə