İtaliya TGİ (Türkiyə-Yunanıstan- İtaliya) boru kəməri ilə Azərbaycan qazını almağa maraq göstərir.
SİA-nın xəbərinə görə, bunu İtaliyanın Azərbaycandakı səfiri Mario Baldi bildirib.
Diplomat deyib ki, İtaliya bu məsələ ilə bağlı Azərbaycan, Türkiyə və Yunanıstandakı tərəfdaşları ilə danışıqlar aparır: "Yaxın vaxtlarda İtaliya xarici işlər nazirinin müavini Alfredo Mançikanın başçılıq etdiyi nümayəndə heyətinin Bakıya səfəri gözlənilir. Səfər zamanı həmin məsələlər müzakirə ediləcəkdir".