AXCP sədrinin gerçək siması bu dəfə zombiləşmiş partiya üzvlərinə, tərəfdarlarına da aydın oldu
Müxalifət düşərgəsi siyasi mübarizədə bacarıqsızlıq nümyiş etdirsə də, dezinformasiyalar, yalan məlumatlar, çirkin oyunlar meydanında legionerliyini qoruyub saxlayır. Radikallar müxalifətçilik dedikdə gündəmdə qalmaq naminə qəbul edilməyən, normalara sığmayan hər addımı məqbul hesab edirlər. Bu xüsusda AXCP sədri məxsusi olaraq fərqlənir və əqidədaşlarından daha hiyləgər olmaqda seçilir.
Keçən həftə Əli Kərimlinin adamları ilk öncə Gədəbəyin sabiq icra başçısı Saleh Rüstəmlinin istintaq təcridxanasında ölməsi barədə yalan məlumatı utanmadan yaymağa başladılar. Hətta Kərimli özü belə öz “Facebook” səhifəsində bunu ödənişli reklama da qoydu. Təbii ki, ictimaiyyəti aldatmaq, ələlxüsus bu avantüristin iç üzünə, simasına bələd olan, ona inanmayan Azərbaycan cəmiyyətinə dezinformasiya sırımaq istəyinin baş tutmayacağını dərk edən AXCP sədri cəmi bir gün sonra öz yazdığını təkzib etdi. Doğrudur, müasir informasiya mühitində belə yalanların ömrünün üzün olmayacağını Kərimli və onun dəstəsi çox yaxşı başa düşür. Belə olan halda ən maraqlısı odur ki, görəsən, bu dezinformasiyanı buraxmaqda onların məqsədi nə olub?
Saleh Rüstəmovu öz səhifəsində “öldürməkdə” məqsədi diqqəti istintaq prosesindən yayındırmaq olub
Həftə sonunda Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin Əli Kərimlinin maliyyə maxinasiyaları haqqında birgə açıqlamasından sonra, yəni cəmi ikicə gün sonra məqsəd aydın oldu. Beləki, məlumata əsasən, sosial şəbəkə cəngavərinin “Facebook” səhifəsində “öldüyü” deyilən Saleh Rüstəmov sən demə maxinasiyalarda rolu olan əsas şəxslərdən biri imiş və Kərimlinin Saleh Rüstəmovu öz səhifəsində “öldürməkdə” məqsədi diqqəti istintaq prosesindən yayındırmaq olub. AXCP cədri əvvəlcədən düşünülmüş şəkildə Saleh Rüstəmovdan lazım olan ifadənin zorla alındığı, ondan ifadələr almaq üçün ona işgəncə verildiyi görüntüsü yaratmaq niyyəti güdüb. Bu onun qabaqlayıcı gedişidir və bununla cəmiyyətdə fikir yayındırmaq istəyib. Hüquq-mühafizə orqanlarının artıq onun maliyyə maxinasiyalarının izinə düşdüyündən və yaxın günlərdə bununla bağlı rəsmi açıqlama veriləcəyindən əvvəlcədən ehtiyatlanan, hətta Saleh Rüstəmovun ölməsini belə arzulayan Kərimlinin Şimaldakı qanunsuz maliyyə menecerini ancaq yalandan bircə günlüyə öldürməyə gücü çatdı.
Rəsmi məlumata əsasən Saleh Rüstəmov Rusiyada AXCP-yə sponsorlar axtarıb və onlardan külli miqdarda vəsaitlər əldə edib. Tapdığı sponsorlardan hər ay aldığı 30 min dollar pulu Bakıya, Kərimliyə göndərib. Hər ay 30 min dollar olmaqla, 2016-cı ilin mart ayından bu vaxta qədər AXCP sədrinə ümumilikdə 412 min dollar, yəni 700 min manat pul çatdırılıb. Kərimli də həmin pulların hesabatını şimaldakı biznesmenlərə, yəni sahiblərinə vermək məqsədi ilə heç bir sosial sifariş olmadan mitinqlər keçirir, elə bir görüntü yaradırdı ki, güya ki, həmin vəsaitləri təyinatına müvafiq olaraq xərcləyir.
AXCP sədri müxalifət adına əldə etdiyi vəsaitləri mənimsəyib
AXCP sədrinin məhz özünün tabeçiliyində olan qondarma “Milli Şura” ilə bu illər ərzində birgə keçirdiyi mini aksiyaya bənzər mitinqlərini xatırladıda aydın olur ki, bu tədbirlər üçün xərclənən vəsaitlər yox dərəcəsindədir. Bir neçə bayraq, plakat və şuarlara nə qədər vəsait xərclənə bilər ki? Vur-tut 500 nəfər mitinq iştirakçısının lap elə hamısına belə 10 manatdan pul verib maddi həvəsləndirmə müqabilində aksiyalarına çağırsalar da bu cəmisi 5-6 min manatın xərclənməsi deməkdir. Mitinqlərində iştirak etmək istəməyən vətəndaşların, yəni qeyri-könüllülərin maddi həvəsləndirilərək aksiyalarına cəlb olunması üçün sərf olunanları da nəzərə alsaq, uzaq başı bütün bu illər boyunca aldığı vəsaitlərin 5-10 faizini xərcləyə bilər. Yəni, 412 min dolların, yaxud 700 min manatın 50-70 min manatından artıq xərclənməsi mümkünsüzdür. Belə olan halda qalan 600-650 min manat necə olub? Əli Kərimlidən başqa kim bunun hesabını verməlidir? Bəs bu pullarla Kərimli nə edib, hara xərcləyib?
AXCP sədrinin kimliyinə bələd olan hər kəs çox yaxşı bilir ki, o müxalifət adına əldə etdiyi vəsaitləri mənimsəyib. Necə ki, indiyə qədər partiyası üçün, müxalifət üçün nəzərdə tutulan vəsaitləri mənimsəyirdi, bu pulları da eləcə mənimsəyib. Onun üçün ən sadə sxem ondan ibarətdir ki, gələn pulların cüzi bir qismi partiyaya, görülməsi nəzərdə tutulan işlərə, qalanı isə sədrin özünə çatır. Sözsüz ki, onun özünə çatır dedikdə həm də Londondakı oğlunun payı da nəzərdə tutulur. Londonda oğul saxlamaq, özü də necə oğul, kef məclislərindən, eyş-işrətdən qalmayan oğul saxlamaq asan məsələ deyil ki. Biçarə Kərimli Avropada gecə həyatına, əyləncələrə alışmış oğlunun ehtiyaclarını ödəmək üçün dəridən qabıqdan çıxır.
Hər dəfə öz komandasını aldatması ətrafındakı insanların onu tərk etməsinin əsas səbəblərindəndir
Nə Kərimli tərəfindən vəsaitlərin mənimsənilməsi, nə də oğluna bu pulların xərclənməsi ilə deyəsən əqidədaşlarının artıq razılaşmaq niyyətləri yoxdur. Məhz onun pul işlərində hər dəfə öz komandasını aldatması ətrafındakı insanların onu tərk etməsinin əsas səbəblərindən biridir və ən yaxşı halda qabaqlarına qəpik-quruş atılanlar gec-tez bu cür alçaldılmağa və yalanlara daha dözməyərək, Kərimlini yenə tərk edirlər. Görünür, ətrafındakı insanların çoxu Kərimliyə hər ay Rusiyadan 30 min dolların gəldiyini bilmirdilər. İndi bu vəasitlər barədə məlumat alan hər kəs, daha doğrusu hər aldadılmış özünü bu manipulyatorun yanında görmək istəmir. AXCP sədrinin mənimsədikləri arasında bu yalnız bir mənbədən gələn vəsaitlərdir və heç şübhə yoxdur ki, onun başqa maliyyə qaynaqları da var. Hüquq mühafizə orqanlarının bu məsələlərin üstünü açması isə nəticə etibarı ilə o deməkdir ki, AXCP-də yeni qopmalar, parçalanmaşar labüddür və tezliklə Kərimlinin ətrafında bir nəfər belə qalmayacaq.
Onsuz da partiyadaxili mənəvi durum heç də yaxşı deyildi və bu fakt ortaya çıxdıqdan sonra, vəziyyət daha da gərginləşib. AXCP sədrinin gerçək siması bu dəfə onu sevən və zombiləşmiş partiya üzvlərinə, tərəfdarlarına da aydın oldu. Üzvlər hər ay onlardan yığılan 2-3 manat üzvlük haqqının belə hesabını sormaq niyyətindədir. Çünki, onları da ən çox ağrıdan odur ki, partiya sədri külli miqdarda bu qədər vəsaiti özününküləşdirdiyi və ətrafındakılara bir quruş belə qıymadığı azmış kimi utanmadan onlardan partiyaya kömək adı ilə üzvlük haqqı da yığıb. Hazırda partiya üzvləri çox bədbin əhval-ruhiyyədədirlər və liderə, partiya sədrinə inam yox dərəcəsindədir. AXCP sədri bir siyasi fiqur kimi məhz bu səbəbdən də bitmiş hesab oluna bilər.
Doğrudur, AXCP sədri üçün yanında kiminsə olması, qalması, elektorat məsələləri zərrə qədər maraqlı deyil və onu yalnız maliyyə məsələləri maraqlandırır. Amma nəzərə almaq lazımdır ki, ətrafında kimsənin qalmayacağı təqdirdə, müxalifət partiyası olaraq fəaliyyət göstərə bilməyəcəyi halda maliyyə qaynaqlarına gümanı da sıfıra enir. Nəinki Şimaldan gələn maliyyə kanalı bağlanacaq, hətta bel bağladığı qrantlarla da vidalaşmalı olacaq. Əslində Kərimlini narahat edən də bu ola bilər və əgər bunun fərqindədirsə artıq kürkünə birə düşüb. Çünki, AXCP sədrinin ən ağrılı yeri maliyyə mənbələri, maddi vəsaitlər, bir sözlə puldur. Belə olan halda indi bu qrantyeyənin, acgöz pul hərisinin ağrıları başlayıb və yuxusu ərşə çəkilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB