Ermənistanın Qeqarkunik vilayətində baş verən yol qəzasında hərbçi ölüb. SİA Ermənistan KİV-nə istinadən xəbər verir ki, hadisə ötən gecə Çəmbərək rayonu ərazisində qeydə alınıb. 28 yaşlı hərbçi Narek Çaqaryan “Opel” markalı avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib və yoldan çıxıb.
Hadisə zamanı o yerindəcə keçinib. Hrəbçinin yenicə evləndiyi və avtomobili bir neçə gün öncə aldığı xəbər verilir.
Müəllif: Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB