Lənkəran Sərhəd Dəstəsində gənc əsgərlərin andiçmə mərasimi keçirilib
Noyabrın 12-də Dövlət Sərhəd Qoşunları Xidmətinin (DSQX) Lənkəran sərhəd dəstəsində gənc əsgərlərin andiçmə mərasimi keçirilib. SİA-nın cənub bürosunun məlumatına görə, hərbi hissənin komandiri, polkovnik Elşən Mirzəyev tədbir iştirakçılarını salamladıqdan sonra dəstənin Döyüş Bayrağı meydana gətirilib.
Sonra hərbi hissənin heyət üzrə şöbə rəisi Cabir Nəcəfov Azərbaycan Sərhəd Qoşunlarının yaranma tarixi, qaçaqmalçılığa, narkotik maddələrin qanunsuz dövriyyəsinə, qeyri-leqal miqrasiya, bir sözlə ölkənin, vətəndaşlarımızın təhlükəsizliyinin təmin olunması üçün apardığı şərəfli mübarizə yolu barədə məruzə edib.
Dövlət himni səsləndikdən sonra gənc əsgərlər hərbi and içiblər. Dövlət Sərhəd Xidmətinin rəisi, general-leytenant Elçin Quliyevin gənc əsgərlərə təbrik məktubu oxunub.
Sonda şəxsi heyət nizami addımlarla tribüna önündən keçib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB