Türkdilli Ölkələr Parlament Assambleyasının (TürkPA) müşahidə missiyası seçkilərlə bağlı bəyanat yayıb

Türkdilli Ölkələr Parlament Assambleyasının (TürkPA) müşahidə missiyası seçkilərlə bağlı bəyanat yayıb
Türkdilli Ölkələr Parlament Assambleyasının (TürkPA) müşahidə missiyası ötən gün keçirilən Parlament seçkiləri ilə əlaqədar mətbuat konfransı keçirib. SİA-nın məlumatına görə, konfransda TürkPA-nın katibi Ramil Həsənov, Qazaxıstan Parlamenti Məclisinin deputatları Amangeldi Momişev, Saurbay Esjanov, Türkiyə Parlamentinin deputatları Mustafa Kabakçı, Haluk İpek, Mehmet Yüksel iştirak ediblər.

Tədbirdə ilə çıxış edən Mustafa Kabakçı bildirib ki, Azərbaycanda keçirilən parlament seçkiləri demokratik və beynəlxalq standartlara cavab verir. Onun sözlərinə görə, səfər çərçivəsində missiya xarici işlər naziri Elmar Məmmədyarov və MSK sədri Məzahir Pənahovla görüşüb. Missiyanın bəyanatını oxuyan Mustafa Kabakçı söyləyib ki, parlament seçkilərində Azərbaycandakı bütün siyasi və ictimai qüvvələr təmsil olunub, eyni zamanda beynəlxalq müşahidəçilərin fəaliyyəti üçün şərait yaradılıb: "TürkPA missiyası Xəzər, Nərimanov və Binəqədi rayonlarında seçkilərin gedişini izləyib. Yaradılmış şəraiti missiuiya yüksək qiymətlənidirir. Müşahidə missiyası məntəqələrin açılışından bağlanışına, bülletenlərin sayılmasına qədər bütün prosesi izləyib. Seçki məntəqələrinin bir qismində seçkilərin canlı olaraq yeni texnologiyalar vasitəsi ilə internet üzərindən izlənməsinə, həmçinin məcburi köçkünlərə səsvermə imkanları yaradılıb. Seçki komissiyalarının işlərinə müdaxilələr olmayıb. Exit-poll keçirilməsi üçün zəruri işlər həyata keçirilib"
TürkPA missiyasının bundan əvvəl Qırğızıstanda keçirilən seçkiləri müşahidə etdiyini xatırladan türkiyəli deputat bildirib ki, bu TürkPA heyətinin Azərbaycanda ilk seçki müşahidəsidir. Çıxşı zamanı Türkiyə Azərbaycan münasibətlərinə də toxunan M. Kabakçı Türkiyənin hər zaman Azərbaycanın yanında olduğunu dilə gətirib. O qeyd edib ki, kim Türkiyədə Azərbaycan əleyhinə olursa, o Türkiyənin, kim və Azərbaycanda Türkiyənin əleyhinə olusa o Azərbaycanın düşmənidir.

Daha sonra söz alan Qazaxıstan parlamentinin üzvü Amangeldi Mamışev də seçkilərin gedişatı ilə bağlı missiyasnın müşahidələrindən danışıb. O deyib ki, missiya seçkiləri yaxından izləyib və beynəlxalq müşahidəçilər üçün hər cür şərait yaradıldığının şahidi olub :"Seçkilər demokratik, qanunvericiliyin bütün tələblərinə uyğun olaraq keçirilib. Heç bir insident qeydə alınmayıb. Düzdür bəzi kiçik nöqsanlar var idi. Amma onları seçkilərin nəticələrinə təsir göstərən hal hesab etmək olmaz".

Bütün xəbərlər Facebook səhifəmizdə