AB-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri: "Avropa Birliyi münaqişənin sülh yolu ilə həlli üçün hər şeyi etməyə çalışır"
"Avropa Birliyi Azərbaycanın və Ermənistanın siyasi qüvvələri arasında təmasları alqışlayır". SİA-nın xəbərinə görə, bunu Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Roland Kobia Sosinternin Bakıda keçirilən regional toplantısı çərçivəsində Azərbaycan və Ermənistanı təmsil edən siyasi partiyaların nümayəndələri arasındakı görüşə münasibət bildirərkən deyib: "Mən anlayıram ki, Azərbaycan üçün çox mürəkkəb dövrdür və münaqişə onun ərazisindədir. Biz münaqişəyə cəlb olunmuş insanların əzablarını tam dərk edirik. Avropa Birliyi münaqişənin sülh yolu ilə həlli üçün hər şeyi etməyə çalışır. Biz qarşılıqlı etimadın yaranmasına, təmasların qurulmasına çalışırıq. Hesab edirik ki, bütün baş verənlərə baxmayaraq, yalnız dialoq yolu ilə problemin həllini tapmaq olar"- deyə o, bildirib.
Səfir həmçinin Avropa Komissiyasının sədri Xose Manuel Barrozo Cənubi Qafqaza, o cümlədən Azərbaycana səfər edəcəyini təsdiqləyib: "Lakin səfərin tarixi hələlik bəlli deyil. Ümidvaram ki, yaxın aylarda bu, mümkün olacaq".
R. Kobia Avropa Birliyinin xarici siyasət üzrə ali nümayəndəsi Ketrin Eşton, genişlənmə və Avropa Qonşuluq Siyasəti üzrə komissar Ştefan Füle və enerji üzrə komissar Günter Ottingerin də Azərbaycana səfər etmək istədiklərini söyləyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB