Qırğızıstanda parlament seçkilərinə verilən səslər yenidən hesablanacaq
Qırğızıstanda bazar günü keçirilən parlament seçkilərində qalib gələn beş siyasi partiya altıncı partiyanın yeni koalisiya hökumətinə daxil edilməsi üçün səslərin yenidən hesablanmasına razı olub. SİA-nın voanews.com-a istinadən verdiyi xəbərə görə, Ar-Namys partiyasının lideri Akılbek Zaparov bu gün beş partiyanın liderlərinin planı təsdiqlədiyini bildirib.
Millətçi Bütün Qırğızıstan partiyası səslərin cəmi 4.8 faizini alaraq, parlamentdə yer tutmaq üçün lazım olan beş faiz səs ala bilməyib. Partiyanın azı 200 tərəfdarı dünən seçkilərə etiraz edərək, yeni seçkilərin keçirilməsini tələbi ilə yürüş keçirib.
Bütün Qırğızıstan partiyasının lideri Adaxan Madumarovun dediyinə görə, seçki rəsmiləri onun partiyasının səslərin beş faizini ala bilməməsi üçün ölkədə seçicilərin sayını artırıb. Partiya səslərin yenidən hesablanmasına dair açıqlama verməyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB