“Asiyanın Qəlbi” - İstanbul Prosesi"nin Azərbaycan üçün ƏHƏMİYYƏTİ
"Azərbaycan dünyada sülhün və sabitliyin təmin olunmasına mühüm töhfə verir. Prezident İlham Əliyev Bakıda keçirilən "Asiyanın Qəlbi - İstanbul Prosesi” çərçivəsində nazirlərin toplantısında da haqlı olaraq qeyd etdi ki, Azərbaycan ərazisinin davam etməkdə olan işğaldan və yüz minlərlə vətəndaşının məcburən öz torpaqlarından qovulmasından əziyyət çəkən ölkə kimi sülh, təhlükəsizlik və sabitliyin dəyərini tam anlayır”. Bu fikirləri SİA-ya Milli Məclisin deputatı Tahir Rzayev deyib.
Ölkə başçısının toplantıda çıxışına toxunan deputat söyləyib ki, Prezident İlham Əliyev konfransda Azərbaycan həqiqətlərini bir daha dünya ictimaiyyətinin diqqətinə çatdırmaqla yanaşı, ölkəmizin dünyada sülhün və sabitliyin bərpa olunmasına verdiyi töhfələrdən söz açdı: "Hər kəsə məlumdur ki, Azərbaycan Ermənistan tərəfindən işğal olunan torpaqlarını sülh yolu ilə geri qaytarmaq istəyir. Çünki ölkəmiz müharibə, qan tökmək tərəfdarı deyil. 20 ildən artıqdır ki, torplaqlarımızı işğal altındadır. Azərbaycan prezidenti bütün toplantılarda olduğu kimi Bakıda keçirilən məlum iclasda da bu məsələyə xüsusi diqqət ayırdı".
T. Rzayevin fikrincə, artıq hər kəs ölkəmizin güclü orduya malik olmasından xəbərdardır: "Əgər torpaqlarımızı sülh yolu ilə qaytarmaq mümkün olmasa, Azərbaycan hərbi yolla da öz torpaqlarını geri qaytarmağa qadirdir”.
Toplantının ölkəmiz üçün mühüm əhəmiyyyət kəsb etdiyini dilə gətirən T.Rzayev əlavə edib ki, Bakıda keçirilən “Asiyanın Qəlbi – İstanbul Prosesi” çərçivəsində “Gücləndirilmiş Asiyanın Qəlbi regionuna doğru təhlükəsizlik və iqtisadi bağlantılar” mövzusunda 7-ci nazirlər konfransı Azərbaycanın beynəlxalq aləmdə nüfuzunu daha da artıracaq.
Məlumat üçün nəzərinizə çatdıraq ki, “Asiyanın Qəlbi - İstanbul Prosesi”ndə iştirak edən dövlətlər və təşkilatlar sırasına Əfqanıstan İslam Respublikası, Azərbaycan Respublikası, Çin Xalq Respublikası, Hindistan Respublikası, İran İslam Respublikası, Qazaxıstan Respublikası, Qırğız Respublikası, Pakistan İslam Respublikası, Rusiya Federasiyası, Səudiyyə Ərəbistanı Krallığı, Tacikistan Respublikası, Türkiyə Respublikası, Türkmənistan, Birləşmiş Ərəb Əmirlikləri və Birləşmiş Millətlər Təşkilatı daxildir. Bu proses çoxsaylı digər dövlətlər və beynəlxalq təşkilatlar tərəfindən də dəstəklənir. Regional sülh, sabitlik və çiçəklənməyə töhfə vermək əzminə və Əfqanıstanla ənənəvi dostluq əlaqələrinə malik olan Azərbaycan 2012-ci ildə “Asiyanın Qəlbi - İstanbul Prosesi”nə qoşulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB