Mərkəzi Seçki Komissiyası 59 və 60 saylı dairə seçki komissiyalarının tərkibində dəyişiklik edib
Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib. SİA-nın məlumatına görə, iclasda ilk olaraq 59 saylı Salyan və 60 saylı Salyan-Neftçala dairə seçki komissiyalarının tərkibində dəyişikliklərin edilməsi məsələsinə baxılıb.
Daha sonra 2010-cu il noyabrın 7-nə təyin edilmiş Milli Məclisə seçkilərlə əlaqədar MSK-ya daxil olan müraciətlərə baxılıb. 83 saylı Ağcabədi-Ağdam, 42 saylı Sumqayıt ikinci, 60 sayl Salyan-Neftçala, 71 saylı Masallı kənd, 94 saylı Bərdə kənd, 77 saylı Astara, 30 saylı Suraxanı birinci, 38 saylı Nizami ikinci (Gəncə), 63 saylı Sabirabad birinci, 54 saylı Şabran-Siyəzən, 119 saylı Ağdam kənd, 109 saylı Balakən, 78 saylı Lerik, 18 saylı Nərimanov-Nizami, 69 saylı Cəlilabad-Masallı-Biləsuvar, 122 saylı Xankəndi, 25 saylı Nizami ikinci, 81 saylı Beyləqan və 115 saylı Şəki kənd seçki dairələri ilə bağlı müraciətlərə baxıldıqdan sonra müvafiq qərarlar qəbul olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB