İndiyə kimi Milli Məclis üzvlüyünə 608 nəfərin namizədliyi qeydə alınıb. SİA-nın məlumatına görə, bu haqda Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında qurumun sədri Məzahir Pənahov məlumat verib.
Ümumilikdə 1115 nəfərin imza vərəqələrini dairə seçki komissiyalarına təhvil verdiyini xatırladan MSK sədri bildirib ki, seçkilərdə iştirak etmək istəyən namizədlərin 87 faizi kişi, 13 faizi isə qadındır. O, namizədlərin 31 faizinin 41-50, 34 faizinin isə 51-60 yaş aralığında olduğunu bildirib.
Bütün ölkə ərazisində səsverməni müşahidə etmək üçün MSK-ya daxil olan müraciətlərin sayında elə bir dəyişiklik olmadığını söyləyən M.Pənahov bunun əksinə olaraq konkret seçki dairələrində müşahidə aparmaq istəyənlərin sayında kifayət qədər artım qeydə alındığını qeyd edib. MSK sədri konkret seçki dairələrində müşahidə aparmaq üçün 6441 nəfərin qeydə alındığını, onlardan 1434-nün öz təşəbbüsü ilə, 4206-nın isə siyasi partiyalar və seçki blokları tərəfindən irəli sürüldüyünü vurğulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB