Şərq Tərəfdaşlığı proqramı çərçivəsində keçirilən seminar bu gün davam edəcək
Ötən gün Avstriyada Avropa İttifaqının Şərq Tərəfdaşlığı proqramı çərçivəsində elektron kommunikasiyaların tənzimlənməsi üzrə başlayan seminar bu gün davam edəcək. SİA-nın məlumatına görə, Seminar çərçivəsində elektron kommunikasiya şəbəkələrinin tənzimlənməsi, onların rəqabətə davamlılığı, Şərq Tərəfdaşlığı proqramına daxil edilmiş ölkələrdə informasiya cəmiyyətinin inkişafı ilə bağlı müxtəlif məsələlər, eləcə də digər əhəmiyyət kəsb edən istiqamətlər müzakirə olunacaq.
Qeyd edək ki, sözügedən seminarda Azərbaycanı Radiotezliklər üzrə Dövlət Komissiyasının işçi qrupunun katibi Salman Hüseynov təmsil edir.
Qeyd edək ki, sözügedən seminarda Azərbaycanı Radiotezliklər üzrə Dövlət Komissiyasının işçi qrupunun katibi Salman Hüseynov təmsil edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB