İran prezidenti Mahmud Əhmədinejad katolik kilsəsinin lideri Papa 16-cı Benediktə mesaj göndərib. Əhmədinejad Papanı Qərbdəki islamafobiyaya qarşı əməkdaşlığa dəvət edib.
SİA-nın məlumatına görə, İran prezidenti mesajında "Vatikan ilə əlaqələri gücləndirib Qərbdəki islamafobiyaya qarşı konstruktiv əməkdaşlıq etmək istəyirik" deyib.
Əhmədinejad insanların ilahi dinləri görməməzliyə vurmasının cəmiyyətlərin geriləməsinə səbəb olduğunu söyləyib və xristianlıqla islam arasında əməkdaşlığın şərt olduğunu dilə gətirib.
İran lideri Floridada bir kilsənin Qurani-Kərimə hörmətsizlik edərək milyonlarla müsəlmanı incitməsini qınadığı üçün Papaya təşəkkür edib
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB