Elçin Mirzəbəyli: “Üçtərəfli formatın təşəbbüsçüsü Azərbaycandır” AÇIQLAMA
“Tehranda keçirilən Azərbaycan-Rusiya-İran dövlət başçılarının görüşü çox önəmli idi. Burada bir sıra mühüm məsələlərlə bağlı razılıq əldə olunub. Onların arasında Xəzər dənizinin yekun hüquqi statusunun müəyyənləşdirilməsi ilə bağlı müəyyən irəliləyişlərin olduğu da xüsusi olaraq vurğulandı. Eyni zamanda hər üç dövlətin tək nəqliyyat sahəsində deyil, enerji sektorunda da yaxından əməkdaşlıq edəcəkləri vurğulanıb”. Bunu SİA-ya açıqlamasında siyasi şərhçi Elçin Mirzəbəyli deyib.
Onun sözlərinə görə, bir çox amillər nəqliyyat, kommunikasiya, təhsil, səhiyyə, hümanitar sahədə əməkdaşlıq, regionda ekstremizmə və terrorizmə qarşı birgə mübarizə aparılması və s. prinsip etibarilə görüşdə müzakirə olunan məsələlərin sayı kifayət qədər çox olub: “Bütün bu hadisələrə kompleks yanaşdıqda təbii ki, kifayət qədər ciddi siyasi hadisə hesab oluna bilər. Onu qeyd edim ki, ötən gün bütün dünyanın diqqəti Tehranda idi. Bu görüş həm də hər üç dövləti dünya mediasının, dünyada gedən siyasi proseslərin mərkəz nöqtəsinə çevirib. Təbii ki, bu da Azərbaycanın regional və qlobal proseslərdə oynadığı rolun göstəricisi kimi qiymətləndirilə bilər. Bildiyiniz kimi bu formatın təşəbbüsçüsü də Azərbaycandır. Bir neçə gündən öncə Bakıda daha bir üçtərəfli formatın həyata keçirildiyi mühüm bir layihənin açılışı oldu. Azərbaycan tamamilə fərqli qütblərlə yaxından əməkdaşlıq edir. Bu münasibətləri son nəticədə həm öz maraqları, həm də region dövlətlərin maraqları baxımından uğurlu bir nəticəyə çevirə bilir. Bu aspektdən də hesab edirəm ki, görüşün siyasi əhəmiyyəti kifayət qədər böyükdür”.
E.Mirzəbəyli əlavə edib ki, hər üç dövlət regionun əhəmiyyətli dövlətləridir. Təkcə Cənubi Qafqazda deyil, bütövlükdə Avrasiya məkanında gedən proseslərdə kifayət qədər aktiv rol oynayırlar: “Digər tərəfdən bildiyiniz kimi Azərbaycan ərazilərini işğal altında saxlayan Ermənistan istər Rusiya, istərsə də İranla yaxından əməkdaşlıq etməyə cəhd göstərir. Ermənistan bundan öncə də dəfələrlə Şimal-Cənub nəqliyyat dəhlizinin bir hissəsinin Ermənistan ərazisindən keçməsi üçün müəyyən cəhdlər göstərib. Amma indiki şəraitdə Azərbaycanın iştirakı ilə Şimal-Cənub qlobal nəqliyyat dəhlizinin Qəzvin-Rəşt-Astara hissəsinin tamamilə başa çatması və həyata keçməsi Ermənistanın faktiki olaraq bundan sonra on illər boyu da bütün regionda gedən proseslərdən kənarda qoyub. Hesab edirəm ki, bu həm də Azərbaycanın çox böyük uğuru hesab olunmalıdır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB