NATO generalı: "Rusiya Talibana yanacaq verir"

NATO generalı: "Rusiya Talibana yanacaq verir"

Rusiya Əfqanıstandakı Taliban hərəkatına neft tədarük edən şirkətlərə yanacaq verir. Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında NATO Hərbi Komitəsinin sədri Pyotr Pavel söyləyib. O, rusların Talibana silah verməsi ilə bağlı konkret sübutlara sahib olmadığını deyib.

Qeyd edək ki, Qərb artıq uzun müddətdir Rusiyanı Talibana silah verməkdə ittiham edir. Moskva bu ittihamların heç biri ilə razılaşmır.

Bütün xəbərlər Facebook səhifəmizdə