Dövlət başçısı İlham Əliyev Daşkənddə Forumlar sarayı ilə tanış olub

Dövlət başçısı İlham Əliyev Daşkənddə Forumlar sarayı ilə tanış olub

Sentyabrın 27-də Azərbaycan Prezidenti İlham Əliyev və Özbəkistan Prezidenti İslam Kərimov Daşkəndin mərkəzində yerləşən Forumlar Sarayına gəliblər. SİA-nın məlumatına görə, milli memarlıq üslubunda tikilmiş bu möhtəşəm bina haqqında dövlətimizin başçısına məlumat verilib. Bildirilib ki, 2 min tamaşaçı yeri olan bu sarayda yüksək səviyyəli dövlət mərasimləri və beynəlxalq tədbirlər keçirilir.

Özbəkistan Prezidenti İslam Kərimov dövlətimizin başçısı İlham Əliyevə binanın ətrafında Əmir Teymur bağında aparılan abadlıq-quruculuq işləri barədə də məlumat verib.

Bütün xəbərlər Facebook səhifəmizdə