"İRƏLİ" İctimai Birliyi Sabirabad şəhərində regional ofis yaratmağı və orada da fəaliyyət göstərməyi qərara alıb. Birlikdən SİA-ya verilən xəbərə görə, yaxın zamanda "İRƏLİ"nin inkişaf konsepsiyasına uyğun olaraq Sabirabadda təhsilin, mədəniyyətin, idmanın, informasiya texnologiyalarının, kənd gəncliyinin inkişafının, uşaq siyasətinə qayğının güclənməsi önəmli məsələlərdən biri kimi qarşıya qoyulub. Bu məqsədlə birliyin regional ofisi Sabirabad şəhərində fəaliyyətə başlayacaq.
Fəaliyyət göstərəcək mərkəzdə həm yerli, həm də Bakıdan olan nümayəndələr təmsil olunacaqlar. Regional ofisin yaradılmasının məqsədlərindən biri də region gənclərinin də aktiv ictimai həyata qoşulması, onların təşkilatlanması, asudə vaxtlarının səmərəli təşkili, müxtəlif maarifləndirici təlimlərə və proqramlara cəlb olunmasıdır.
Qeyd edək ki, yaradılacaq regional ofis daimi fəaliyyət göstərəcək və inkişaf yönümlü yerli və beynəlxalq miqyaslı regiona aidiyyatı olan layihələrin həyata keçirilməsində müstəsna əhəmiyyət kəsb edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB