Bakıda “Nüvə enerjisinin dinc məqsədlərlə istifadəsi” mövzusunda beynəlxalq konfrans keçiriləcək

Bakıda “Nüvə enerjisinin dinc məqsədlərlə istifadəsi” mövzusunda beynəlxalq konfrans keçiriləcək

Noyabrın 8-də Bakıda "Nüvə enerjisinin dinc məqsədlərlə istifadəsi" mövzusunda beynəlxalq konfrans keçiriləcək. SİA-nın məlumatına görə, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunun direktoru, AMEA –nın müxbir üzvü Adil Qəribov bildirib ki, üç gün davam edəcək beynəlxalq konfransda 100-ə yaxın məruzə dinləniləcək.

İnstitutun direktoru deyib ki, dünyanın ayrı–ayrı ölkələrində çalışan azərbaycanlı alim və mütəxəssislər də konfransa dəvət olunacaqlar.

Beynəlxalq tədbirdə Türkiyə, Rusiya, Avstriya və digər ölkələrin alimləri iştirak edəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə