"Bu, pul seçimi idi" Safaryan

"Biz exit-pollun nəticələrini tanımırıq və qəbul etmirik. Ümumiyyətlə, biz heç bir sorğuya ciddi münasibət bəsləmirik". SİA "1in.am"a istinadən xəbər verir ki, bunu Azad Demokratlar partiyasından seçkilərə qatılmış Stepan Safaryan deyib. O bildirib ki, MSK-nın rəsmi nəticələrini deyil, məntəqə seçki komissiyalarındakı üzvlərinin məlumatlarını gözləyir: "Biz komissiyalardakı üzvlərimizin, etibar etdiyimiz insanların məlumatlarını gözləyirik. Amma bir şeyi deyə bilərik ki, təəssüflər olsun ki, bu seçki də bütün əvvəlki seçkilərdən fərqlənmədi. Bu, pul seçimi idi. Bütün hamı buna şahid oldu. Cəmiyyət pulu seçərək, səs verdi".

Bütün xəbərlər Facebook səhifəmizdə