Vyetnam Azərbaycan vətəndaşları üçün vizanı sadələşdirib

Vyetnam Azərbaycan vətəndaşları üçün vizanı sadələşdirib

Vyetnam Azərbaycan vətəndaşları üçün viza rejimini sadələşdirib. SİA "Vetnam News Agency"yə istinadən xəbər verir ki,

fevralın 1-dən başlalayaraq Vyetnam Azərbaycan daxil olmaqla daha 40 ölkənin vətəndaşlarına elektron viza verməyə başlayıb. Belə ki, viza üçün müraciət onlayn həyata keçiriləcək. Müraciətə üç gün ərzində baxılacaq, zəmanət və ya dəvət məktubu isə tələb olumur.

Qeyd edək ki, Azərbaycanla yanaşı Ermənistan, Qazaxıstan, Belarus, Rusiya, ABŞ, Fransa, İtaliya, Böyük Britaniya, Macarıstan və bir sıra digər ölkələrin vətəndaşları üçün elektron viza tətbiq olumağa başlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə