İntiharçıların sayı iki dəfə azalıb İRAQDA

İntiharçıların sayı iki dəfə azalıb İRAQDA

Qonşu Suriyadan İraqa gələn intiharçıların sayı iki dəfə azalıb. İntiharçıların terror aksiyalarının azalması Türkiyə-Suriya sərhəddinin bağlanmasından sonra nəzərə çarpmağa başlayıb. SİA-nın məlumatına görə, bu barədə "İzvestiya"ya İraq ordusunn tərkibində döyüşən "Əl Həşd əş-Şəəbi" briqadasının hərbi nümayəndəsi Kərim ən-Nuri deyib. Lakin buna baxmayaraq, rəsmi Bağdad bu kimi terror aksiyalarından tezliklə qurtulmağın mümkün olmadığını da etiraf edib.

"Türkiyə-Suriya sərhədlərinin bağlanması İraq ərazisinə keçən terrorçuların sayını 50% azaldıb. Hətta onların sayı iki dəfəyədək azalıb. İntiharçılar Türkiyə sərhədlərindən Suriyaya, oradan isə İraqa keçirdilər ki, onların izlənməsi çətinliklər yaradırdı", - deyə qeyd edən ən-Nuri də etiraf edib ki, buna baxmayaraq onların sızmaları müşahidə edilməkdədir. Türrorçular xüsusilə Rəqqadan İraqa axın etməyə çalışırlar.

Ordu nümayəndəsinin fikrincə, artıq Suriya-İraq sərhədləri boyunca tam olmasa da müəyyən qədər nəzarətin gücləndirilməsi prosesinə başlanmalıdır.

Bu arada İraq parlamentinin beynəlxalq məsələlər komitəsinin üzvü İqbal əl-Mazi də təsdiq edib ki, intiharçı kamikadzelərin sayı kifayət qədər azalıb. İraqlı deputat Rusiya Hərbi Kosmik Qüvvələrinin Suriyada apardığı uğurlu anti-terror əməliyyatları nəticəsində həmin ölkədən İraqa doğru hərəkət etmək istəyən terrorçuların məhv edilməsində müsbət rolu olduğunu deyib.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə