Hələb terrorçulardan azad olundu
Bəşər Əsəd amnistiya elan etdi

Suriyanın hökumət qüvvələri ötən gecə boyu Hələb şəhərinin şərqində mövqe tutmuş "İslam Dövləti" terror təşkilatının yaraqlılarına qaşrı ardıcıl hücum əməliyyatları keçiriblər. SİA-nın məlumatına görə, bu barədə "İntefax.ru" saytı yazır.

"Ötən sutka ərzində Hələbin şərqində silahlıların nəzarətindəki 300 min yaşayış yeri olan 14 kvartal tamamilə terrorçulardan azad edilib, 4 mini uşaq olan 8,5 min mülki vətəndaş təhlükəli bölgədən çıxmağı bacarıb. Atəş altından çıxmış hər bir sakinə isti yeməklər, müvəqqəti yaşayış üçün sığınacaqlar verilib, onlara müvafiq tibbi yardım göstərilib"-deyə məlumatda vurğulanır.

Həmçinin qeyd edilir ki, sutka ərzində 140 terrorçu müqaviməti dayandıraraq onlar üçün açılmış dəhliz vasitəsilə ərazini tərk edib. Təslim olmuş silahlılara Suriya prezidenti Bəşər Əsəd tərəfindən amnistiya verilib, şəhər hakimiyyəti onların sülh həyatına qayıtmaları üçün yardım göstəriblər.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə