Asim Mollazadə: “Ermənistan müstəqil dövlət deyil ki, onun rəhbərliyi ilə əlaqə saxlayasan”

Asim Mollazadə: “Ermənistan müstəqil dövlət deyil ki, onun rəhbərliyi ilə əlaqə saxlayasan”

"Ermənistanın addımları beynəlxalq ictimaiyyətin aldadılmasına yönəlib". Bunu SİA-ya açıqlamasında millət vəkili Asim Mollazadə Ermənistan prezidenti Serj Sarkisyanın Bakı ilə İrəvan arasında "qaynar xətt"in yaradılması təklifinə münasibət bildirərkən deyib. Millət vəkili əlavə edib ki, rəsmi İrəvan bununla yeni bir şou yaratmaq istəyir: "Ermənistan müstəqil dövlət deyil ki, onun rəhbərliyi ilə də əlaqə saxlayasan. Sarkisyan qərar vermək imkanına sahib deyil, bu ölkənin ordusu da yoxdur, Ermənistan tam bir hərbi bazadır".

A.Mollazadə hesab edir ki, Moskva və İrəvanın birgə qoşun qruplaşması yaratması da Ermənistanın tam "özəlləşdirilməsinə" yönəlib: "Artıq strateji, iqtisadi baxımdan Ermənistan tam Rusiyadan asılıdır. İrəvanın hava müdafiəsi qüvvələri də artıq Rusiyaya qatılır. Ermənistan Silahlı Qüvvələri Rusiya Silahlı Qüvvələrinin tərkib hissəsi olub. İşğalçı dövlət müstəqilliyini itirmiş bir müstəmləkədir".

A.Mollazadə xatırladıb ki, Rusiya Dağlıq qarabağ münaqişəsinin nizamlanmasında vasitəçi dövlətdir: "Birgə qoşun qruplaşmasının yaradılması isə Azərbaycanda Rusiyanın etibarlı tərəfdaş olması ilə bağlı ciddi şübhələr yaradır".

Bütün xəbərlər Facebook səhifəmizdə