Ərdoğan: "Gülənin ekstradisyası ilə bağlı danışıqlar aparılacaq"
"Türkiyə qəti şəkildə terrorçulara qarşı mübarizəni davam etdirir. Biz istəmirik ki, ölkəmizin cənub bölgəsində terror təhlükəsi yaşansın. ABŞ-a Fəthullah Gülənin ekstradisiyası ilə bağlı sənədlər göndərilib". SİA-nın Türkiyə mətbuatına istinadən məlumatına görə, bu sözləri prezident Rəcəb Tayyip Ərdoğan ABŞ-ın dövlət başçısı Barak Obama ilə görüşdən sonra mətbuat nümayəndələrinə açıqlamasında deyib.
Ərdoğan bildirib ki, Suriya qaçqınlarının problemi tək Ankaranın problemi deyil.
O əlavə edib ki, ABŞ-a Türkiyənin ədliyyə nazirinin və daxili işlər nazirinin başçılıq etdiyi nümayəndə heyəti gedəcək, orada Gülənin ekstradisyası ilə bağlı danışıqlar aparılacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB