Parlamentin növbədənkənar plenar iclasında Azərbaycan və İran arasında bir neçə sənədlər müzakirəyə çıxarılıb. SİA-nın xəbərinə görə. "Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında fövqəladə halların nəticələrinin aradan qaldırılması, məhdudlaşdırılması və təsirinin azaldılması sahəsində əməkdaşlıq haqqında", "Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında gömrük məsələlərində qarşılıqlı inzibati yardım haqqında" sazişlər, "Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında elektrik enerjisi satışı haqqında" və "Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında Azərbaycan və İran dəmir yollarının əlaqələndirilməsi haqqında" çərçivə sazişləri, "Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyası ilə Koreya Respublikasının Okeanlar və Balıqçılıq Nazirliyi arasında "Dənizçilərin hazırlanmasına, onlara diplom verilməsinə və növbə çəkməyə dair (DHDNÇ) 1978-ci il tarixli Beynəlxalq Konvensiya"nın (əlavələrlə) I/10-cu qaydasına əsasən sertifikatların (diplomların) tanınması haqqında" Anlaşma Memorandum və Azərbaycan Respublikasında Muradxanlı, Cəfərli və Zərdab neft yataqlarının daxil olduğu blokun bərpası, kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, Zenit Aran Oil Company Limited və SOCAR-ın Ortaq Neft Şirkəti arasında Sazişin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə qanun layihələri müzakirəyə çıxarılıb.
Müzakirələr zamanı çıxış edən millət vəkilləri Zahid Oruc, Fazil Mustafa və digərləri bildiriblər ki, sözügedən sənədlər Azərbaycan İran arasında dostluq və əməkdaşlqı ümnasibətlərinin inkişafında mühüm əhəmiyətə malik olacaq.
Millət vəkillərinin fikrincə, İran Azərbaycana qarşı münasibətlərində korrektələr etməlidir.
Qanun layihələri səsverməyə çıxarılaraq qəbul edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB