Belarusun Azərbaycan İcmaları Konqresi ETİRAZ EDİB

Belarusun Azərbaycan İcmaları Konqresi ETİRAZ EDİB

Belarusun Azərbaycan İcmaları Konqresi Belarusda yaşayan minlərlə azərbaycanlının adından Ermənistanın Azərbaycana qarşı törətdiyi son hərbi təxribatlarla əlaqədar bəyanat yayıb. SİA-nın məlumatına görə, bəyanatda erməni silahlı birləşmələri tərəfindən mülki əhalinin atəşə tutulması və ermənilərin atəşkəsi pozması faktı pislənilib.

Bəyanatda vurğulanır ki, beynəlxalq ictimaiyyət Ermənistan silahlı qüvvələrinin işğal olunmuş bütün Azərbaycan ərazilərindən çıxarılmasını Ermənistandan tələb etməli və Azərbaycanın ərazi bütövlüyü qeyd-şərtsiz olaraq təmin olunmalıdır.

Təşkilat son vəziyyətlə bağlı beynəlxalq qurumları Azərbaycana qarşı ikili standartlar tətbiq etməməyə, ATƏT və digər qurumları Azərbaycan Respublikasının Ermənistan tərəfindən işğalı aktına göz yummamağa çağırıb. Bəyanatda Ermənistanın həyata keçirdiyi təcavüzkarlıq siyasətinə qarşı Azərbaycan dövlətinin atdığı addımlar alqışlanıb, Azərbaycan xalqına dəstək ifadə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə