Türkiyənin Baş naziri Əhməd Davudoğlu Ankarada törədilən terror aktı ilə bağlı açıqlama verib. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, o bildirib ki, hücumun mənbəyi açıq şəkildə təsbit edilib və 11 nəfər həbs edilib.
Baş nazir hücumun səbəbkarları və onların arxasında duran qüvvələrin qısa müddətdə ortaya çıxarılacağını qeyd edib.
Davudoğlu açıqlayıb ki, dünən və bugün həyata keçirilən işlər nəticəsində bu xain hücumun mənbəyi açıq şəkildə təsbit edilib və hazırda DNT analizləri aparılır.
Onun sözlərinə görə, ən qısa müddətdə hadisəni törədənlərlə bağlı detallar açıq şəkildə ortalığa qoyulacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB