"Görüş zamanı əsas müzakirə predmentlərindən biri İran qazının Ermənistandan keçməklə Gürcüstana çatdırılması məsələsidir, bu məsələ Azərbaycanı heç bir formada qane etmir". Bu fikirləri SİA-ya açıqlamasında Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzin (BMAM) sədrinin beynəlxalq əlaqələr üzrə müşaviri Cəbrail Fərzəliyev deyib.
O bildirib ki, İran üzərindən məlum iqtisadi sanksiyalar götürüldükdən sonra prezident İlham Əliyev ilk dəfədir ki, bu ölkəyə rəsmi səfər edir: "Regionda cərəyan edən geosiyasi proseslərə nəzər salsaq görərik ki, prezidentin İran səfəri çox mühüm əhəmiyyət kəsb edir. Düşünürəm ki, görüşdə neft, qaz,energetika, gömrük, nəqliyyat və bir sıra digər sahələrə dair müzakirələr aparılacaq".
Ekspert bildirib ki, Azərbaycan qazının İran qazından ucuz olduğunu Gürcüstanın siyasi elitası yaxşı bilir: "Bu variant İran üçün heç də əlverişli deyil. Digər tərəfdən, Cənab prezident İlham Əliyev Gürcüstana son səfərində həmkarı ilə görüşdə də qeyd etdi ki, Azərbaycan Gürcüstanı hələ uzun illər qazla təmin etmək iqtidarındadır, yəni Azərbaycanın bunun üçün kifayət qədər qazı var. İran üzərindən iqtisadi embarqolar götürüldükdən sonra rəsmi Tehran Avropa ilə münasibətləri yaxşılaşdırmaq istəyir. Bu baxımdan da hesab edirəm ki, İran TANAP layihəsinə qoşulmaq istəyəcək və bu yolla da Avropaya çıxış üçün əlverişli imkan əldə edəcək. Səfər çərçivəsində Suriya məsələsinin müzakirəsini də gözləmək olar".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB