Arzu Rəhimov Şəmkirdə vətəndaşları qəbul edib

Arzu Rəhimov Şəmkirdə vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general-leytenant Arzu Rəhimov Şəmkir rayon şöbəsinin inzibati binasında Ağstafa, Gədəbəy, Qazax, Şəmkir və Tovuz rayonlarının sakinlərinin qəbulunu həyata keçirib. SHÇDX-dən SİA-ya verilən məlumata görə, qəbulda 50-ə yaxın vətəndaş iştirak edib. Vətəndaşların müraciətləri daha çox Xidmətin müvafiq şöbə və bölmələrində işə və ya həqiqi hərbi xidmətə qəbul, veteran adı alma, müddətli həqiqi hərbi xidmətə çağırılacaq övladlarının gələcək xidmət yerinin müəyyənləşdirilməsi və müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququnun verilməsi məsələlərində köməklik göstərilməsinə dair olub.

Qəbul zamanı irəli sürülən bəzi məsələlər yerindəcə həllini tapıb, qanunvericiliyin müvafiq tələbləri vətəndaşlara izah edilib. Araşdırılması tələb olunan müraciətlər nəzarətə götürülüb və müvafiq araşdırmalardan sonra cavablandırılacağı bildirilib. Vətəndaşların Xidmətin fəaliyyət sahəsinə aid olmayan məsələlərlə bağlı müraciətləri müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.

Bütün xəbərlər Facebook səhifəmizdə