ABŞ prezidenti Barak Obama sabah konqresə edəcəyi ənənəvi illik müraciətində ölkənin gələcəyi ilə bağlı xalqı optimist olmağa səsləyəcək. SİA xəbər verir ki, bu barədə Amerika KİV-ləri Ağ Ev administrasiyasındakı mənbələrə istinad edərək xəbər yayıb.
Xəbərlərə görə, prezidentin çıxışı standartdan kənar olacaq və o nəyinki rəhbərliyi dövründəki fəaliyyəti, eləcə də nailiyyətləri barədə, o cümlədən, prezidentlik müddətindən sonrakı dövrdə quracağı fəaliyyəti haqqında da fikirlərini açıqlayacaq. Müşahidəçilərin fikrincə, Obama bu vasitə ilə konqresdəki sonuncu çıxışında ABŞ-a rəhbərlik dövründə doğru qərarlar qəbul etdiyini, düzgün siyasət yürütdüyünü, bununla da 2016-cı ildə keçiriləcək prezident seçkilərində Demokratlar partiyasının avtoritetini qaldıracağını, həmçinin, əzəli rəqibləri olan respublikaçıların tənqidlərinə cavab vercəyini düşünür. "O, prezidentlik müddətindən kənara da nəzər salacaq və xalqda inam yaratmağa çalışacaq"-deyə ABŞ mətbuatı administrasiyadakı mənbələrə istinadən yazır.
Respublikaçılar da öz növbəsində mətbuata verdikləri açıqlamalarında deyirlər ki, onlar daxili və xarici siyasətdəki uğursuzluqları, xüsusilə, Suriyada və İraqda terrorçu "İslam Dövləti" təşkilatına qarşı mübarizədə baş verən rüsvayçılıqları Obamanın nəzərinə çatdıracaqlar.
Qeyd edək ki, dövlət başçısının konqresə müraciəti praktikası 1935-ci ildə Franklin Ruzvelt tərəfindən ənənə şəklinə salınıb.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB