"Azərbaycandakı seçkilərdə bəzi Avropa ölkələri üçün yenilik olub"

"Azərbaycandakı seçkilərdə bəzi Avropa ölkələri üçün yenilik olub"

Azərbaycanda Milli Məclisə keçirilən seçkiləri izləyən Rumıniya parlamentinin nümayəndələri müşahidələrinin nəticələrini açıqlayıblar. SİA-nın məlumatına görə, bununla bağlı keçirilən mətbuat konfransında beynəlxalq müşahidəçilər, Rumıniya Parlamentinin nümayəndələri Adrian Miroslav-Merka, Liliana Ciobanu, Razvan Rotaru İştirak ediblər.

Adrian Miroslav-Merka bildirib ki, onlar Bakı və Bakı ətrafında məntəqələrdə müşahidələr aparıblar. Qeyd edib ki, bütün seçki məntəqələrində yüksək səviyyədə təşkilatçılıq olub: "Bütün namizədlərin nümayəndələri də müşahidələr aparırdılar. Onlar öz hüquq və vəzifələrini çox yaxşı bilirdilər və seçki qanunvericiliyinə uyğun hərəkət edirdilər. Məntəqələrə girən zaman komissiya üzvləri bizim vəsiqələrimizi yoxlayır, qeydiyyat aparırdılar. Seçicilərin məntəqələrə daxil olmasından bülleteni qutuya atana qədər bütün prosesləri müşahidə etdik. Seçicilərin barmaqlarını detektor vasitəsilə yoxlayırdılar.

Xəstə və əlil insanlar üçün daşınan qutuların aparılması da diqqətimizi çəkdi. Namizədlərin nümayəndələri ilə söhbətlər apardıq və onlar heç bir qanun pozuntusu olmadığını bildirdilər".

Digər nümayəndələr vurğulayıblar ki, seçkilərdə seçici fəallığı yüksək səviyyədə idi. Bildiriblər ki, polislər qanunvericiliyə uyğun olaraq məntəqələrdən kənarda dayanmışdılar. Azərbaycandakı seçkilərdə bəzi Avropa ölkələri üçün yenilik olub. Belə ki, gözdən əlil olan insanlar üçün də şərait yaradılıb. Onlar da səsvermədən kənarda qalmayıblar.

Rumıniyanın parlament nümayəndələri Bakının çox gözəl olduğunu, xalqımızın qonaqpərvərliyini xüsusi qeyd ediblər. Onlar bu haqda ölkələrində də məlumat verəcəklərini deyiblər.

Bütün xəbərlər Facebook səhifəmizdə