Politoloq: “Münaqişənin həlli ATƏT formatı daxilində həll edilməyəcək” AÇIQLAMA
"ATƏT-in Minsk qrupunun həmsədrlərinin regiona səfəri Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində Azərbaycana heç nə vəd etmir. Bu, bir halda müsbət nəticələnə bilər ki, Rusiya və ABŞ Dağlıq Qarabağ məsələsində razılığa gələ bilsin". Bunu SİA-ya açıqlamasında politoloq Fərhad Mehdiyev deyib.
Onun sözlərinə görə, Rusiya nə zamansa münaqişənin həll olunmasına çalışacaqsa, o zaman bunu ATƏT-siz edəcək: "Biz daha əvvəl Soçi və Kazan görüşlərindən də müşahidə etmişik. Yəni, Dağlıq Qarabağ münaqişəsinin həlli ATƏT formatı daxilində həll edilməyəcək. ATƏT-in Minsk qrupunun prezidentlərin görüşünü təşkil edəcəklərinə dair səsləndirdikləri fikirlər də Azərbaycan tərəfinə heç nə vəd etmir. Şərtlərdə dəyişikliklər olmadığı halda bu, belə də davam edəcək".
İntizarə Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB