Psixoloqdan saatların əqrəblərinin geri çəkilməsi ilə bağlı TÖVSİYYƏ
"Saatların il ərzində bir dəfə geri və ya irəli çəkilməsi insanların sağlamlığına, xüsusilə, sinir sisteminə çox pis təsir edir. Çünki insanın aylarla öyrəşdiyi rejim qəfildən dəyişir". Bunu SİA-ya psixoloq Vəfa Əkbər deyib.
Onun sözlərinə görə, bunun üçün insanlar saatların əqrəblərinin irəli və ya geri çəkildiyi tarixdən 1-2 həftə əvvəldən başlayaraq özlərinin yuxu rejimlərini tədricən dəyişməlidirlər: "Bu müddətdə insanlar yatma və oyanma vaxtlarını hər gün ərzində 10-15 dəqiqə dəyişməlidirlər. Bu, sonda insanlarda narahatlıq hallarını azaldar. Bu dəyişikliyə qarşı ən həssas qruplar məktəb yaşlı uşaqlar və yaşlı insanlardır. Ancaq insanlar ən azı bir həftə ərzində bu dəyişikliyin fəsadlarını səhhətlərində hiss edirlər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB