İŞİD və Suriya müxalifətinin ortaq problemi Şərh

İŞİD və Suriya müxalifətinin ortaq problemi Şərh

"Azad Suriya Ordusu və İŞİD faktiki olaraq Əsəd rejiminə müxalif qüvvələrdir". Bu sözləri SİA-ya açıqlamasında "Oğuz" Müstəqil Araşdırmaçılar Qrupunun rəhbəri, analitik Vüqar Zifəroğlu deyib.

Analitik Suriya müxalifəti ilə PKK arasında müqavilə imzalanması ilə bağlı xəbəri şərh edib: "PKK və Əsədə qarşı savaşan hansısa qruplaşma arasında hər hansı bir razılaşma əldə edilə bilər. Amma bunu bütün müxalifətlə müqavilə imzalanması kimi təqdim etmək kökündən yanlış olardı. Vurğulamaq lazımdır ki, Suriya müxalifəti yekcins deyil və tərkibində çoxsaylı, hətta biri-birinə istər siyasi, istərsə də ideoloji hədəflərdə rəqib olan qruplaşmalar var. Məsələn, Azad Suriya Ordusu və İŞİD faktiki olaraq Əsəd rejiminə müxalif qüvvələrdir. Amma onlar istər siyasi, istərsə də ideoloji hədəfləri cəhətdən kökündən fərqlənirlər, həm də biri-birinə rəqibdirlər. Bu baxımdan PKK-nın bütünlüklə Suriya müxalifəti ilə hər hansı bir razılaşma əldə etməsi ilə bağlı xəbər yanlışdır, hətta absurddur. Orada savaşan qüvvələrin hər birinin öz siyasi-ideoloji hədəfləri var. Hətta dini-radikal qruplaşmaların özləri belə biri-birilərinə potensial rəqibdirlər".

O bildirib ki, hazırda kürd qruplaşmalarının, əsasən də PYD (Demokratik Birlik Partiyası) və PKK yaraqlılarının indiki vaxtda Suriya müxalifətinin hər hansı bir qanadı ilə deyil, Rusiya və Əsəd rejimi ilə müttəfiq şəkildə çıxış etdiyinin şahidi oluruq.

Bütün xəbərlər Facebook səhifəmizdə