Aydın Quliyev: “Onlar heç zaman irəli gedə bilməyəcəklər”. AÇIQLAMA

Aydın Quliyev: “Onlar heç zaman irəli gedə bilməyəcəklər”. AÇIQLAMA

"Heç bir sosial bazası, hazırlıq səviyyəsi olmayan, eləcə də primitiv şüarlarla "Milli Şura"nın aksiya keçirməsi əbəs yerədir. İlk növbədə onların özləri bundan narahat olmalıdırlar". Bunu SİA-ya "Bakı Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev "Milli Şura" planlaşdırdığı mitinqə münasibət bildirərkən deyib.

Baş redaktorun sözlərinə görə, onların indiyədək keçirdikləri hər bir aksiya uğursuzluqlarla yadda qalıb: "Əgər onlar uğursuzluqları ilə bağlı obyektiv təhlillər aparsalar, doğru və düzgün nəticələrə gələ bilərlər. Təhlil apardıqları zaman bu cür aksiyaların keçirilməsinin mənasız olması fikrində qərarlaşa bilərlər. İndi onların hansı prinsip, məntiqlə hərəkət etdiyini söyləmək çətindir. Mənim mövqeyim odur ki, onlar bu sosial baza ilə heç zaman irəli gedə bilməyəcəklər".

Bütün xəbərlər Facebook səhifəmizdə