Əli Orucov: “Hansı yuvanın quşu olduğunu çox yaxşı bilir” AÇIQLAMA
"Ümumiyyətlə əldə sübut, əsas olmadan hansısa ittihamların irəli sürülməsi qeyri-ciddi görünür. İkincisi isə kimin nəyi necə düşünməsi onun öz düşüncəsinə bağlı olan amildir". Bunu SİA-ya Milli İstiqlal Partiyasının (AMİP) Mərkəzi Şurasının üzvü Əli Orucov Əli Kərimlinin Azərbaycan Xalq Cəbhəsi Partiyasından (AXCP) başqa digər müxalifət partiyalarını hakimiyyətə işləməkdə günahlandırmasına münasibət bildirərkən deyib.
AMİP funksionerinin sözlərinə görə, bu gün Azərbaycan o qədər də böyük dövlət deyil ki, kimin nəylə məşğul olması bilinməsin: "Hər kəs hamının fəaliyyətini, yönümünü, hansı yuvanış quşu olduğunu da çox yaxşı bilir. Mən bu ittihamları əsassız hesab edirəm. Hətta bəzən insanlar güzgüyə baxanda özündən gözəl adam görmürlər. Bəzən görürsən ki, heç bir əsas olmadan kimsə özünü güclü göstərmək və yaxud gündəmdə qalmaq üçün ona-buna hücumlar çəkməklə məşğul olurlar. Təbii ki, bunlar müvəqqəti olan proseslərdir. Az-çox siyasətlə məşğul olan insanlar da bilirlər ki, deyilən ittihamların heç bir əsası yoxdur".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB