"Sarkisyan Ohanyanı hakimiyyətə gətirə bilər". Bu sözləri SİA-ya siyasi ekspert Fikrət Sadıqov Sarkisyanın hakimiyyətə Seyran Ohanyanı gətirəcəyi ilə bağlı müzakirələrə münasibət bildirərkən deyib.
O bildirib ki, əgər Koçaryan vaxtilə öz sirdaşı Sarkisyanı hakimiyyətə gətirə bildisə, Sarkisyan da Ohanyanı hakimiyyətə gətirə bilər: "Bu şəxslər Qarabağ klanının çox "parlaq nümayəndələri"dir. Sarkisyan faktiki olaraq başa düşür ki, hakimiyyətdən getsə, onun yerinə gələn digər siyasi qüvvənin nümayəndəsi Sarkisyanın fəaliyyətini tənqid atəşinə tutacaq. Çünki o anlayır ki, hakimiyyətdə olduğu illər ərzində erməni xalqına heç bir müsbət nəticə verə bilməyib. Onun fəaliyyəti yalnız mənfi nəticələrdən ibarətdir. Erməni xalqının hazırki sosial iqtisadi durumu iflic vəziyyətindədir. Digər tərəfdən siyasi vəziyyət ürəkaçan deyil".
Fikrət Sadıqov qeyd edib ki, artıq ailə üzvləri belə Sarkisyandan üz döndərib: "Onlar başa düşür ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa etməyə hazırdır. Bunu cəbhə xəttində baş verən sonuncu hadisələr təsdiqləyir. Təbii ki, Ohanyan Sarkisyanın yaxın adamı kimi hakimiyyətə gətirilə bilər. Lakin onların arxasında dayanan qüvvələrin razılığından çox şey asılıdır. Xüsusilə də rəsmi Moskvadan".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB