“Türkiyədə olan demokratiya Avropaya bir nümunədir” AÇIQLAMA

“Türkiyədə olan demokratiya Avropaya bir nümunədir” AÇIQLAMA

"Türkiyədə AKP-nin hakimiyyətdə uzun müddət olması ölkə siyasi tarixində nadir olan hadisələrdən biridir". Bu sözləri SİA-ya açıqlamasında "Türkiyə Universitetləri Məzunları" İctimai Birliyinin (TUMİB) sədri Çingiz Bayramov deyib.

O qeyd edib ki, Türkiyədə uzunmüddətli tək partiyalı koalisiya hökumətinin idarə olunması nadir hadisələrdən biridir. Parlament seçkilərində isə AKP ən çox səs itirən partiya olub: "Bir partiyanın koalisiya şəklində ölkəni idarə etməsi Cumhuriyyət Xalq Partiyası dönəmində, Mustafa Kamal Atatürkün vaxtında olub. Lakin müasir tarixdə belə bir idarəetmənin mövcud olması, nadir görülən siyasi hadisələrdən biridir. Bu parlament seçkilərində AKP-nin səsləri 9 faiz azalaraq, səsləri digər partiyalara bölünüb. Yerində digər partiyalardan MHP-nin keçən dəfəki səsvermə ilə müqayisədə səslərinin sayı artdı, CHP öz yerində saydı. Türkiyədə yeni bir proses olaraq HDP parlamentə qrup şəklində daxil oldu. Yəni 10 faizlik barajı aşaraq 80 millət vəkili çıxarda bildi. Bu Türkiyə tarixində ilk hadisədir ki, etnik kimlik daşıyan bir partiya məclisə girsin".

Çingiz Bayramov vurğulayıb ki, Türkiyədə prezident idarəetmə üsulu ən vacib məsələlərdən biridir. Ölkədə demokratik seçkinin keçirilməsi isə Avropaya örnəkdir: "Partiyalar artıq görəcəklər ki, Türkiyə üçün Prezident idarə üsulu daha vacibdir və xalq Prezidentin fikirlərinə dəstək verərək yeni üsula keçə bilər. Bu da Parlamentdə olan partiyaların anlaşması ilə olacaq bir hadisədir. Nə olursa olsun, qardaş Türkiyədə keçirilən Parlament seçkiləri bizim üçün çox önəmlidir. İnanıram ki, Türkiyədə olan demokratiya Avropaya bir nümunədir. Bu onlar üçün də bir örnək hala gəldi. Türkiyədə sabitlik qorunacaq və ölkədə olan 80 milyon insanın hamısını Azərbaycan Türkləri olaraq sevirik və hər birinə uğurlar arzu edir və inanırıq ki, Türkiyə hökumət krizini yaxın zamanda aşacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə